RU

Rusiyada özbəklərlə kobud rəftar Daşkəndi hərəkətə gətirdi - rus səfir XİN-ə çağırıldı…


Rusiyanın Daşkənddəki səfiri Oleq Malqinov Rusiyadakı Özbəkistan vətəndaşlarının hüquqlarının pozulması ilə əlaqədar Özbəkistan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Özbəkistan XİN məlumat yayıb.

Nazirlik qeyd edib ki, görüş zamanı Özbəkistan tərəfi Rusiya Federasiyasında özbək işçilərinin hüquqlarının pozulması və onlara qarşı kobud rəftarla bağlı artan məlumatlara diqqət çəkib.

Qeyd edilib ki, bu cür hərəkətlər özbəklərin yaşadıqları ölkənin qanunları ilə təmin edilməli olan hüquq və azadlıqlarını pozur. Görüşdə səfir Malqinovdan Özbəkistanın narahatlığını Rusiyanın müvafiq orqanlarına çatdırması istənilib.

TAHİR

Избранный
0
baki-xeber.com

1Источники