RU

“Air India” Yəməndən edilən hücumdan sonra Təl-Əviv reyslərini 6 mayadək dayandırdı

Hindistanın “Air India” hava yolları şirkəti, Ben Qurion hava limanı ərazisinə raket qalıqlarının düşməsindən sonra Təl-Əvivə olan reyslərini 6 may 2025-ci il tarixinədək dayandırdığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə məlumat şirkətin X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yer alıb.

“Bu səhər Təl-Əvivdə baş verən hadisələrlə əlaqədar olaraq, müştərilərimizin və əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə Təl-Əvivə və Təl-Əvivdən olan uçuşlarımız 2025-ci il 6 mayadək dayandırılır”, – deyə məlumatda bildirilir.

Aviadaşıyıcı müştərilərinə alternativ uçuş variantları, biletlərin pulsuz dəyişdirilməsi və ya uçuşun ləğvinə görə tam ödənişin geri qaytarılması imkanlarını təklif edir.

Избранный
0
apa.az

1Источники