RU

Avtomobil aeroportun binasına çırpıldı: Ölənlər var

Fillipinin paytaxtı Manilanın Ninoy Akino beynəlxalq hava limanının binasına avtomobil çırpılıb.

Avtosfer.az bu barədə "ABS-CBN News" telekanalına istinadən xəbər verir.

Məlumata görə, "Ford Everest"in sürücüsü sərnişini düşürüb, bundan sonra qəfildən başqa avtomobil onun qarşısına çıxıb və o, idarəetməni itirərək qaz və əyləc pedallarını səhv salaraq, hava limanının birinci terminalının girişində divara çırpılıb.

İnsident nəticəsində biri beşyaşlı qız olmaqla, iki nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Hadisəni törədən sürücü saxlanılıb.(oxu.az)

Избранный
0
avtosfer.az

1Источники