“Furkanoğlu Dəmiryumruk Stand”ı və Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Publika.az xəbər verir ki, görüş Şimali Kipr Türk Respublikasında təşkil edilən “Teknofest” festivalı çərçivəsində baş tutub.
Rəcəb Tayyib Ərdaoğan görüş zamanı Araz Musayevə "burdasanmı" deyə sual ünvanlayıb. A.Musayev isə cavabında bildirib: "Hər zaman türk qardaşlarımızla bərabərik. Şimali Kipr Türk Respublikası da bizim vətənimizdir”.
Qeyd edək ki, Araz Musayev bundan öncə “Teknofest”də Teknofest İdarə Heyətinin sədri Selçuk Bayraktar ilə də görüşüb. Araz Musayev Azərbaycan Prezidentinin Şimali Kipr Türk Respublikasına verdiyi dəstəyə qoşulduqlarını bildirib.
O əlavə edib ki, Türkiyənin ən böyük şəhərlərində keçirilən və sonuncusu isə 1-4 may tarixlərində Şimali Kipr Türk Respublikasında təşkil edilən “Teknofest” festivalında “Furkanoğlu Dəmiryumruk Stand” həmişəki kimi yerini tutub. O, “Baykar” şirkətinə II Qarabağ müharibəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatı ilə verdiyi dəstəyə görə təşəkkür edib və “İki dövlət, bir millət” devizi ilə “Teknofest”ə dəstək olmağın borcumuz olduğunu söyləyib.