RU

“Formula 1”in sabiq mühəndisi “Mançester Yunayted”də

“Formula 1”in “Mercedes” komandasının sabiq baş performans mühəndisi Maykl Sansoni “Mançester Yunayted”in əməkdaşı olacaq.

Msport.az xəbər verir ki, mütəxəssis klubun məlumatların işlənməsi şöbəsinə rəhbərlik edəcək.

Sauthempton Universitetinin məzunu olan Sansoni ali məktəbi 2015-ci ildə aerokosmik mühəndisliyi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü yerdədir.

Избранный
0
msport.az

1Источники