RU

Rodri nə vaxt qayıdacaq? – Qvardiola açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola diz ön çarpaz bağların qopması səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalan yarımmüdafiəçi Rodrinin durumuna aydınlıq gətirib.

Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis həmyerlisinin nə vaxt oynaya biləcəyi sualını cavablandırıb.

“Rodrinin yenidən məşqlərə başlamasına çox sevinirik. Fizioterapevt və həkim mənə nə vaxt “Rodri artıq bir neçə dəqiqə oynaya bilər” deyəcək, o zaman meydana çıxmağa başlayacaq. Ancaq bunu mənə mütləq həkimlər deməlidir. Bu, ağır zədə idi. Geriyə addım atmamalı və onun yenidən zədələnməsinin qarşısını almalıyıq. Buna görə də ehtiyatlı davranmaq vacibdir. Həkim mənə Rodrinin vəziyyətinin sabit olduğunu və onun oynamağa hazır olduğunu dedikdə, meydana qayıdacaq”, – deyə Qvardiola söyləyib.

Qeyd edək ki, Rodri 2019-cu ildən “Mançester Siti”də çıxış edir.

Избранный
0
msport.az

1Источники