RU

İmişlidə “Molla Nəsrəddin” tamaşası böyük maraqla qarşılanıb.

 

İmişlidə “Molla Nəsrəddin” tamaşası böyük maraqla qarşılanıb.

İmişli rayon Mədəniyyət Mərkəzində Füzuli Dövlət Dram Teatrının təqdimatında “Molla Nəsrəddin” tamaşası nümayiş etdirilib.

Tamaşanın ssenari müəllifi Xəqani Əliyev, quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.

Tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Əli Hüseynov, Şəlalə Nəsirova, Günay Çobanzadə, Elçin Məmmədov, Vüqar Babayev, Emin Abışov, Vüsal Həsənov, Qəlbinur Əhmədli, Aygün Cəfərova ifa edib.

Qeyd edək ki, keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir.

Komik epizodları özündə birləşdirən nümayiş tamaşaçılarda həm gülüş, həm də düşündürücü hisslər oyadıb.

Tamaşanın sonunda aktyorlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb, onlara gül dəstələri təqdim olunub.

Tədbirin sonunda kollektivlə xatirə şəkli çəkilib.

image-5ad37adb-38da-4e34-8fc3-ed7dea58513d image-398c5454-ad45-4d7a-b0f3-634d6c8d3616 image-dd3241f2-af8a-446a-9186-1501f1e5cf64 image-6f93258b-798a-4a18-bb9d-51bbd8bbcab2 image-3dc671dd-bdfa-4ccb-b315-3d4cdca7167e image-cdf81a16-e5b3-4983-bea5-5b6b9a7caa73

Избранный
0
busaat.az

1Источники