RU

“Gördüklərimiz Yamalın göstərə biləcəklərinin 10 faizi deyil”

“Barselona”nın hücumçusu Lamin Yamalın atası Munir Nasraui oğlunun Çempionlar Liqasının “İnter”lə (3:3) yarımfinal oyunundakı performansını dəyərləndirib.

Msport.az xəbər verir ki, o, 17 yaşlı futbolçunun hazırkı səviyyəsi ilə bağlı fikirlərini bölüşüb.

Nasraui həmin görüşdə bir qol vuran Yamalın daha çoxuna qadir olduğunu düşünür:“Onun yüksək səviyyədə oynamağa davam edəcək gücü çoxdur. Yamal beş yaşından çalışır. Heç kim onu dayandıra bilməz. Bizim gördüklərimiz onun göstərə biləcəklərinin 10 faizi belə deyil, sizə əminliklə deyirəm”.

Qeyd edək ki, “İnter”lə matçda fərqlənən Yamal Çempionlar Liqasının yarımfinal mərhələsində qol vuran ən gənc futbolçu olub – 17 yaş və 291 gün.

Избранный
0
msport.az

1Источники