Demokrat.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, "Sevgililər Parkı"nın ərazisi də genişləndiriləcək. Belə ki, parkın yaxınlığında yerləşən boş sahələr də onun inzibati ərazisinə daxil ediləcək.
Bundan əlavə, paytaxtda 5 hektar ərazidə yeni parkın salınması üçün layihə hazırlanacaq. Eyni zamanda, Bakı şəhərində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işləri həyata keçiriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: