ABŞ-də güclü zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, 5,4 bal gücündə zəlzələ Texas ştatında qeydə alınıb və zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.