ABŞ-nin Nyu-Meksiko ştatında 5,3 maqnitudada zəlzələ qeydə alınıb.
Viral.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Uayts Siti şəhərindən 57 km cənubda, zəlzələ ocağı 6,3 km dərinlikdə yerləşib.
Son Yazılar:
Həmçinin Texas ştatında da 5,4 maqnitudada zəlzələ baş verib.
Yeraltı təkanlar Odessa şəhərindən 185 kilometr qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.