Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Kalyari” – “Udineze” matçında qonaqlar qələbə qazanıblar. “Parma” evdə “Komo”ya, “Leççe” isə lider “Napoli”yə tək qolla məğlub olub. Çempionluq uğrunda mübarizə aparan “İnter” da evdə “Verona”nı minimal hesabla üstələyib.
35-ci turun qalan görüşləri mayın 4-də və 5-də keçiriləcək.
İtaliya, A Seriyası
35-ci tur
2 may
Torino – Venesiya 1:1
Qollar: Vlaşiç, 75-pen – K.Peres, 36.
3 may
Kalyari – Udineze 1:2
Qollar: Zortea, 35 – Zarraqa, 27. Kristensen, 67.
Parma – Komo 0:1
Qol: Strefezza, 79.
Leççe – Napoli 0:1
Qol: Raspadori, 24.
İnter – Verona 1:0
Qol: Asllani, 9-pen.
4 may
14:30. Empoli – Latsio
17:00. Montsa – Atalanta
20:00. Roma – Fiorentina
22:45. Bolonya – Yuventus
5 may
22:45. Cenoa – Milan