Ukrayna ordusu bir gündə Krımda Rusiyanın iki təyyarəsini məhv edib.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Teleqram” kanalında bildirib.
O, deyib: "Rusiyanın Su-30 təyyarəsinin bizim hərbi-dəniz PUA-sı tərəfindən vurulması parlaq hadisədir. Ordumuz Krımdakı hərbi obyektlərdə əməliyyatı çox dəqiqliklə həyata keçirdi. Son 24 saatda düşmənin iki təyyarəsi vuruldu. Hərbi anbarları da məhv edilib”.