“Neftçi” komandası “Kəpəz”ə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXXIII tur matçının hazırlıqlarını başa vurub.
Publika.az xəbər verir ki, "ağ-qaralar" bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Futbolçulardan Emil Səfərov, Robert Bauer, Rafael Quzzo və Ryonosuke Ohori zədə səbəbindən, Mustafa Sek isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.