RU

ABŞ-nin rüsum təzyiqləri Pekini qorxutmayacaq

ABŞ-nin iki ölkə arasında ticarət münasibətlərində atdığı addımlar Çini qorxutmayacaq.

Viral.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının ABŞ-dakı səfiri Se Fen səfirlikdə çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, əgər ABŞ həqiqətən də bu məsələlər üzrə danışıqlar aparmaq niyyətindədirsə, bərabərhüquqlu dialoqa üstünlük verməlidir.

Son Yazılar:

“Gömrük rüsumlarının artırılması heç bir tərəfə fayda vermir. Bu, biznesin fəaliyyətini pozur, xərclərin artmasına, maliyyə bazarlarında qeyri-sabitliyə və qlobal iqtisadi artımın ləngiməsinə səbəb olur. Rüsum müharibəsini başlayan tərəf biz deyilik. Çin münaqişə istəmir, lakin eyni zamanda təzyiqlərlə də geri çəkilməyəcək.” – deyə diplomat bildirib.

Se Fen əlavə edib ki, Çin yalnız öz qanuni hüquq və maraqlarını deyil, həm də beynəlxalq ticarət nizamını müdafiə edir.

Избранный
0
4
viral.az

5Источники