RU

İki yük maşını toqquşdu - Çörəklər yerə dağıldı - FOTO

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, hərəkətdə olan "Mercedes" markalı yük maşını "Isuzu" markalı digər yük maşınına arxadan çırpılıb.
 
Qəza nəticəsində "Isuzu" yoldan çıxaraq aşıb və onun içərisində olan çörəklər yerə dağılıb.
 
"Isuzu"nun sürücüsü hadisə zamanı xəsarət alıb.
 
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.
 
Faktla bağlı araşdırma aparılır.
Избранный
0
23
moderator.az

10Источники