RU

Ermənistanda hərbi xidmət yaşı 10 iL ARTIRILA BİLƏR

Ermənistanda məcburi hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılmasını təklif edirlər.

Bizim.Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, müvafiq qanunvericilik təşəbbüsünü hakim “Mülki Müqavilə” partiyasından olan deputat Hayk Sarkisyan irəli sürüb.
 

Təklifdə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər, həmçinin “Dövlət rüsumu haqqında” qanuna və Ermənistan Cinayət Məcəlləsinə əlavələr daxildir.


Xidmətdə olmanın yaş həddinin artırılması ilə yanaşı, 18 yaşına çatmamış vətəndaşlığını dəyişmiş kişilər üçün 15 milyon dram (təxminən 40 min dollar) məbləğində rüsum müəyyən edilməsi təklif edilir.Bu məbləğ hərbi xidmətdən yayınan 27 yaşından yuxarı vətəndaşlara cinayət məsuliyyətindən yayınmağa imkan verəcək.

Təşəbbüsün məqsədi çağırışçıların sayını artırmaq və kişilər arasında Ermənistan vətəndaşlığından çıxma hallarının qarşısını almaqdır.

Bizim.Media

Избранный
0
2
bizim.media

9Источники