RU

Müştərilərin ABB-dəki əmanətləri 122 milyon manat artıb

ABB-də müştərilən əmanətlərində artım tendensiyası davam edir.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Belə ki, bu ilin I rübündə ABB-nin depozit portfeli 10 milyard 128 milyon manat təşkil edib .  Onun da 2 milyard 719 milyon manatı fiziki şəxslərin, 7 milyard 409 milyon manatı hüquqi şəxslərin payına düşüb.

Ümumi depozit portfeli 121,8 milyon manat (1,2%), , şirkətlərin əmanətləri isə 149,4 milyon manat (2,1%) böyüyüb.

Ötən ilin sonunda ABB 10 milyard 6 milyon manat depozit portfelinə malik olub. Onun da 2 milyard 746 milyon manatı fiziki şəxslərin, 7 milyard 260 milyon manatı hüquqi şəxslərin payına düşüb.

Избранный
0
fed.az

1Источники