Veysəloğlu Şirkətlər Qrupunun prioritetlərindən biri olan qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçılara sağlam məhsulların təqdim olunması məqsədilə Azərbaycanın aparıcı pərakəndə ticarət şəbəkələri olan "ARAZ" və "OBA" ilə əməkdaşlıq edən, kərə yağı və süd məhsullarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarlarla “Əməkdaşlığın mövcud vəziyyəti, gələcək perspektivləri və qida təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri” mövzusunda növbəti məhsuldar işçi görüş keçirilib.
Mia.az xəbər verir ki, görüşdə çıxış edən Qrup CEO-nun qida təhlükəsizliyi, texniki tənzimləmə və keyfiyyət məsələləri üzrə müşaviri Şəhla Yusifzadə 2024-cü il ərzində şirkətin bu sahədə əməkdaşlıq etdiyi tədarükçülərdə aparılmış auditlərin nəticələri, aşkar edilmiş uyğunsuzluqların mahiyyəti, səbəbləri və onların həlli yolları, həmçinin laborator müayinələrə cəlb olunmuş kərə yağı və süd məhsullarının sınaq nəticələri, eləcə də müştəri şikayətlərinin əsas istiqamətləri barədə geniş təhlil təqdim edib.