RU

İstanbulda fabrikdə yanğın başlayıb

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda yerləşən beş mərtəbəli tekstil fabrikində yanğın başlayıb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə çox saylı yanğınsöndürmə briqadaları cəlb olunub.


Qısa müddət ərzində alov binanın yuxarı mərtəbələrinə yayılıb.

Hələlik insan tələfatı və ya xəsarət alanların olub-olmadığı barədə rəsmi açıqlama verilməyib.
Избранный
0
7
sherg.az

10Источники