Bakı.Trend:
Litvada NATO-nun “Griffin Lightning” adlı beynəlxalq hərbitəlimləri başlayıb.
Trend xəbər verirki, bu barədə Baltikyanı ölkənin ordu komandanlığının mətbuatxidməti məlumat yayıb.
“"Griffin Lightning” təlimlərində Almaniyanın 30-a yaxın hərbihelikopteri iştirak edəcək, onlar maksimum aşağı yüksəklikdəuçuşlar həyata keçirəcəklər”, - Litva ordu komandanlığınınməlumatında bildirilir.
Qeyd edilir ki, kiçik “müharibə oyunlarında” TIGER döyüşhelikopterləri, NH90 nəqliyyat helikopterləri, CH-53 ağıryükdaşıyan helikopterlər və EC135 yüngül çoxfunksiyalıhelikopterlərdən istifadə olunacaq.
Helikopterlər manevrlər zamanı 150 metrədək yüksəklikdə uçuşlarhəyata keçirəcəklər. Manevrlərin məqsədi NATO-nun müdafiə planlarıçərçivəsində potensial təhlükələrə reaksiyaların təlimidir. Təlimmayın 23-dək davam edəcək.