Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə aid olduğu iddia edilən, paytaxtın Tbilisi prospektində dəyəri 8 milyon dollar olan dəbdəbəli villa satışa çıxarılıb.
Hurriyyet.az xəbə verir ki, məsələ ilə bağlı "Unikal"a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, villa ona məxsus deyil: "Satışa çıxarılan villanın qətiyyən bizimlə əlaqəsi yoxdur. İlk dəfədir sizdən eşidirəm.
Bizim satışa çıxarılan villamız yoxdur. Kimə aid olduğunu bilmirəm", - deyə o qeyd edib.