BAKI. 3 may. TELEQRAF
Çinin Mülki Aviasiya Baş İdarəsi (CAAC) dünyanın ən böyük mülki hidrotəyyarəsi olan "Kunlun" AG600M-i sertifikatlaşdırıb.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, AVIC korporasiyasının hazırladığı təyyarə nəqliyyat vasitəsi kimi təsdiqlənib və rəsmi olaraq istismara verilib.
İki il davam edən sınaqlar çərçivəsində bir neçə AG600M təyyarəsi 2000-dən çox uçuş həyata keçirib, 10000-dən çox parametr yoxlanılıb və ümumi uçuş vaxtı 3560 saat təşkil edib. Bu, Çin aviasiyası üçün rekord göstəricilər hesab olunur.
Təyyarənin hazırlanması layihəsində 292 müəssisə və 16 universitet iştirak edib.
AG600M dünyanın ən böyük müasir hidrotəyyarəsidir. O, 4500 kilometrədək məsafəyə 12 tona qədər su daşıya bilir.