Bakı. Trend:
İngiltərə Premyer Liqasında 35-ci tura start verilib.
Trend xəbər verirki, turun açılış oyununda "Mançester Siti" doğma meydanda"Vulverhempton"u qəbul edib.
Matçın taleyini Kevin De Bruynenin 35-ci dəqiqədə vurduğu yeganəqol həll edib. Beləliklə, son altı oyunda məğlub olmayan"canavarlar"ın seriyası qırılıb.
Bu qələbə ilə Pep Qvardiolanın yetirmələri xalını 64-əyüksəldərək turnir cədvəlində 3-cü pilləyə qalxıblar vəmükafatçılar sırasına düşmək şanslarını artırıblar.