RU

Energetika naziri Türkiyədə bir sıra görüşlər keçirib (FOTO)

Bakı. Trend:

İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində energetika naziriPərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziriAlparslan Bayraktar, İraqın Baş nazirinin müavini və neft naziriHayan Abdul-Qani Əl-Savad, Suriyanın energetika naziri MuhammedƏl-Bəşir və Somalinin neft və mineral ehtiyatlar naziri Dahir ShireMohamed arasında görüşlər olub.

Trend xəbər verirki, nazir Alparslan Bayraktarla görüş zamanı Azərbaycan və Türkiyəarasında neft-qaz, elektrik enerjisi və bərpaolunan enerji də daxilolmaqla bütün istiqamətlər üzrə geniş və sistemli əməkdaşlığınmövcudluğundan məmnunluq ifadə edilib. Gürcüstan üzərindənTürkiyəyə 250 MVt-lıq elektrik enerjisinin ötürülməsinin əhəmiyyətiqeyd olunub. “Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan YaşılEnerji Dəhlizi” və digər birgə enerji layihələrinin icra vəziyyətidəyərləndirilib.

Cari ilin sentyabr ayında Türkiyənin İzmir şəhərində keçirilməsiplanlaşdırılan Azərbaycan-Türkiyə 4-cü Enerji Forumunun keçirilməsimüzakirə olunub, həmçinin iyunda “Bakı Enerji Həftəsi”ndə türkiyəlinazirin iştirak etməsi razılaşdırılıb.

İraqın Baş nazirinin müavini və neft naziri Hayan Abdul-QaniƏl-Savad ilə görüşdə ölkələrimiz arasında tarixi əlaqələrin enerjisahəsində əməkdaşlığın inkişafı üçün zəmin yaratdığı vurğulanıb.Söhbət zamanı “OPEC+” formatı çərçivəsində neft bazarınıntənzimlənməsinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb.“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İraqRespublikasının Neft Nazirliyi arasında neft və qaz sahələrindəəməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasınınvacibliyi qeyd olunub. İkitərəfli enerji əməkdaşlığının inkişafıüçün prioritet layihələr nəzərdən keçirilib.

Somalinin neft və mineral ehtiyatlar naziri Dahir ShireMohamedlə görüşdə isə “yaşıl enerji” və neft-qaz sahələrindəəməkdaşlığa dair Anlaşma Memorandumlarının icrası, o cümlədənneft-qaz sahəsində mütəxəssislərin hazırlanması, potensialəməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

Tədbir çərçivəsində Türkiyədə Suriyanın energetika naziriMuhammed Əl-Bəşir ilə də görüş olub. Görüşdə iki ölkə arasındaenerji sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı məqsədiləimkanlar dəyərləndirilib.

Energetika
Energetika
Energetika
Energetika
Energetika
Избранный
0
6
az.trend.az

7Источники