RU

Məzahir Pənahovun oğlunun 2 milyonluq villası və zorakılıq qalmaqalı

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovun ABŞ-ın Los-Anceles şəhərinin elit Bel-Eyr bölgəsində 2 milyon 35 min 400 dollar dəyərində villa alması ilə bağlı yeni məlumatlar yayılıb. Qeyd edək ki, bu ərazi Hollivud ulduzlarının da yaşadığı nüfuzlu məkanlardan biri hesab olunur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə informasiyanı “Yeni Sabah” saytının baş redaktoru Elnur Məmmədli öz Facebook səhifəsində paylaşıb.

 

Məlumata görə, lüks əmlak alışı Məhəmməd və Ülkər Pənahovların sahibi olduqları “Alphaand Export FZ-LLC” adlı şirkət vasitəsilə həyata keçirilib və bunu təsdiq edən sənəd də mövcuddur.

Maraqlıdır ki, Pənahov cütlüyünün nə hər hansı iş yeri, nə də rəsmi gəlir mənbəyi məlumdur. Bununla belə, onlar Britaniyanın “Halifax” və “Natwest” banklarında, eləcə də Dubay və ABŞ-da bir neçə bank hesabına sahib olub, yüksək məbləğlərdə vəsait xərcləyiblər. Belə görünür ki, ata – Məzahir Pənahov gənc ailəyə bütün imkanları yaradıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov zorakılıqla ittiham olunur. İddialara görə, zorakılığa məruz qalan qadın hadisədən sonra Azərbaycana qaçaraq canını xilas edib. Həmin qadın – 38 yaşlı Həlimə Pənahova, 28 iyun 2022-ci ildə Bakıda Məhəmməd Pənahovla ailə həyatı qurmuş və daha sonra ABŞ-da yaşamağa başlamışdı.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının mövqeyini öyrənməyə çalışsaq da, qurumla əlaqə saxlamaq mümkün olmayıb – zənglərimiz cavabsız qalıb.

Избранный
0
1
nocomment.az

2Источники