RU

ŞOK: İrəvanda Aİ müşahidəçisi ÖLÜ HALDA TAPILDI

İrəvanda Avropa İttifaqının (Aİ) müşahidə missiyasının üzvü olan bir şəxs otellərdən birində ölü halda tapılıb.

KONKRET.az xəbər verir ki, erməni mətbuatının yaydığı məlumata görə, ilkin məlumatlara əsasən, müşahidəçinin ölümünə səbəb olaraq miokard infarktı göstərilir. Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.

Aİ missiyasının bu ölüm hadisəsi ilə bağlı rəsmi açıqlama verməsi gözlənilir.

Xatırladaq ki, yanvar ayının sonunda Avropa İttifaqı ölkələrinin səfirləri Brüsseldə keçirilən iclasda Aİ-nin Ermənistandakı mülki missiyasının uzadılması barədə qərar qəbul ediblər. Bu qərara əsasən, Avropa müşahidəçiləri Ermənistanın sərhəd bölgələrində daha iki il, yəni 2027-ci il fevralın 19-dək qalacaqlar.

Natiq Səlim,
KONKRET.az

Избранный
0
konkret.az

1Источники