RU

Konstitusiya Məhkəməsi əmlakın müsadirəsi ilə bağlı yeni qərar qəbul edib

Bakı. Trend:

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya MəhkəməsiPlenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məhkəməiclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasındaAzərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin Ihissəsində və 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyəttoxunulmazlığı hüququ baxımından Cinayət Məcəlləsinin 99-1.1.1,99-2 və 99-3.2-ci maddələrinin şərh edilməsinə dair konstitusiyaişinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzeninməruzəsini, maraqlı subyektlər Azərbaycan RespublikasıProkurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini,Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza vəQanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmişmütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirəedərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin99-1.1.1-ci maddəsindəki “cinayət törədilərkən istifadə etdiyi”müddəası hazırlanan cinayətdə alət və vasitələr kimi istifadəedilməsi nəzərdə tutulan əşyaları da əhatə edir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-2-ci maddəsinin“cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” müddəası həminMəcəllənin 99-1.1-ci maddəsində göstərilən əmlaka aid edilməyəncinayət törətmiş şəxsə məxsus olan hər hansı əmlakı nəzərdətutur.

Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinin ikinci cümləsindənəzərdə tutulan “cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdanbaşqa əmlakı” müddəası məhkəmənin yekun qərarı ilə cinayətnəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinəyönələn, həmçinin cinayətin törədilməsindən əvvəl və yatörədilməsindən sonra cinayət törətmiş şəxsə məxsus olan istənilənəmlakı ehtiva edir.

Cinayət Məcəlləsinin 15-1-ci fəslinin, eləcə dəCinayət-Prosessual Məcəlləsinin 41.1-1, 346 və 353-cü maddələrinintələblərindən irəli gələrək əmlakın xüsusi müsadirəsi ilə yanaşı,cinayət nəticəsində onun qanuni sahibinə vurulmuş ziyanınödənilməsinə yönəldilməsi məsələləri məhkəmənin yekun qərarı iləhəll edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqanvə ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsiredilə bilməz.

Избранный
0
12
az.trend.az

10Источники