RU

Nigeriyada vəba epidemiyası! 34 nəfər həyatını itirib

Nigeriyada

Afrika qitəsinin ən sıx məskunlaşdığı Nigeriyada bu il vəba xəstəliyindən 34 nəfərin öldüyü bildirilir.

Xalqcebhesi.az xəbər verir ki,Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris jurnalistlərə bildirib ki, vəba epidemiyası yanvar ayından bəri ölkənin 30 ştatının 98 bölgəsinə yayılıb.

İdris, bu dövrdə 1307 vəba hadisəsinin görüldüyünü və epidemiya səbəbiylə 34 nəfərin həyatını itirdiyini bildirdi.

"Hazırda 2,6 faiz olan ölüm halları hədəfimiz olan 1 faizdən xeyli yüksəkdir. Bu, qəbuledilməzdir və qarşısı alına bilər", - İdris deyib.

Ölkədəki sel təhlükəsi olan ərazilərin təmiz su və lazımi gigiyena vasitələrinin olmaması səbəbindən vəba riski daşıdığını qeyd edən İdris, dövlət orqanlarını fövqəladə hallara hazırlıq planlarını aktivləşdirməyə və məlumatları gizlətməməyə çağırıb.

Məryəm

Избранный
0
1
xalqcebhesi.az

2Источники