RU

Düşənbədə Buzlaqların Qorunmasına dair beynəlxalq konfrans keçiriləcək

Yazını böyüt
Yazını kiçilt

"Beynəlxalq Buzlaqların Mühafizəsi İli - 2025” çərçivəsində 29 - 31 may tarixlərində Düşənbə şəhərində Buzlaqların Qorunması üzrə yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcək.

Hafta.az-ın yazdğına görə, bu barədə məlumatı Tacikistan Xarici İşlər Nazirliyi yayıb. Tədbirin informasiya işıqlandırılmasında iştirak etmək üçün yerli və xarici media nümayəndələrindən may ayının 15-dən gec olmayaraq konfransın rəsmi internet səhifəsindəki bu keçidə (https://qrc.mfa.tj/registration...) daxil olub qeydiyyatdan keçmələri xahiş olunur.

Tədbirdə iştirak (https://dushanbeicgp2025.com/.../f9aead814f930f2a44ae1888...) forumlardan, tematik sessiyalardan və digər yüksək səviyyəli tədbirlərdən faydalı məlumatların əldə edilməsinə imkan yaradır. Konfransa dünyanın müxtəlif ölkələrindən, beynəlxalq və regional təşkilatlardan rəsmi şəxslər, o cümlədən bu sahədə təcrübəli ekspertlər qatılacaq və məruzə ilə çıxış edəcəklər.

Konfrans mövzunun hərtərəfli işıqlandırılması, eləcə də milli və beynəlxalq səviyyədə tədbirin mühüm aspektlərinin vurğulanması baxımından dəyərli imkandır.

Xatırladaq ki, sözügedən konfransda Azərbaycanı Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. 

Избранный
0
hafta.az

1Источники