RU

Fon der Leyen Aİ-nin Ukraynada müharibəni necə sonlandırması üçün hesabat təqdim edəcək

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentinə Aİ-nin Ukraynadakı müharibəyə son qoymaq üçün nə edəcəyi ilə bağlı hesabat təqdim edəcək.

Herbiand.az bildirir ki, bu barədə Avropa Komissiyasının baş mətbuat katibi Paula Pinyo brifinqdə bildirib.

O qeyd edib ki, fon der Leyen Aİ-nin Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması strategiyasını təqdim etməzdən əvvəl Parisə səfər edəcək və orada Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

Pinyonun sözlərinə görə, bundan sonra fon der Leyen Strasburqa gedəcək: “Burada mayın 7-də Avropa İttifaqının Ukraynada davamlı və hərtərəfli sülhə dəstəyi ilə bağlı Avropa Parlamentinin deputatlarının debatı keçiriləcək”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
0
herbiand.az

1Источники