RU

Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...


Afsəddin Nəbiyev: “İlk növbədə geosiyasi vəziyyət dəyişib”

Məlum olduğu kimi, İsrailin Baş naziri Benyamin Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək. Azərbaycan-İsrail Alyansının (AIA) yaydığı məlumata görə, Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər edəcək təyyarəsi üçün öz hava məkanından istifadəyə icazə verib: “Ölkənin baş naziri “Kanaf Zion” (“Sion qanadı”) adlı hökumət təyyarəsi ilə Azərbaycana uçacaq. Bu o deməkdir ki, Türkiyə təyyarənin öz hava məkanından keçməsinə icazə verib”.

Məlumat üçün qeyd edək ki, Türkiyə 2024-cü ilin noyabrında İsrail Prezidenti İsxak Hersoqun təyyarəsinin hava məkanına daxil olmasına icazə verməmişdi. Həmin vaxt o, COP29 sammitində iştirak etmək üçün Bakıya gəlməyi planlaşıdırırdı.

Maraqlıdır, Türkiyə bu dəfə Netanyahunun təyyarəsinə Bakıya uçmağa nə əcəb icazə verdi? Ötən bir neçə ayda nə dəyişib, dərin qatlarda nə var?

“Bizim bilmədiyimiz faktorlar var ki, bu da Türkiyə-İsrail münasibətlərinə təsir göstərir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, bir sıra məsələlər bu müddət ərzində dəyişib: “İlk növbədə geosiyasi vəziyyət dəyişib. İsrailə münasibətdə çox yaxın olan Donald Tramp ABŞ prezidenti seçilib. Türkiyənin yardımı ilə Suriya müxalifəti qısa müddətdə Əsəd rejimini devirib. Avropanın təhlükəsizliyi məsələsində Türkiyənin önəmi getdikcə artır. O cümlədən, bizim bilmədiyimiz faktorlar da var ki, bu da Türkiyə-İsrail münasibətlərinə təsir göstərir. Ümumilikdə, Azərbaycan müstəqillik əldə etdiyi gündən qardaş Türkiyə dövləti ilə "Bir millət, iki dövlət" prinsiplərinə sadiq qalaraq hər iki dövlət bir-biri ilə sıx əlaqələr saxlayır. İşğalçı Ermənistan istisna olmaqla Azərbaycan hər zaman dünya dövlətləri ilənormal sivil münasibətlərin qurulmasında ilk təşəbbüskar dövlətlər sırasında yer tutur. Eyni zamanda Azərbaycan dövləti multikultural dünyəvi dövlət prinsiplərini qəbul etməsi dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan həmçinin İsraillə strateji iqtisadi əlaqələrə malikdir. Qüds və Qəzzada yaşanan son böhran zamanı İsrail-Türkiyə münasibətlərindəmüəyyən gərginliklər yaşanmaqdadır. Bu baxımdan Türkiyənin müdafiə, ticarət strateji müttəfiqi olan Azərbaycanın Ankaranın İsraillə münasibətlərinin yenidən qurulmasısında əsas rol oynaya bilər. Belə gərginliklərin davam etməməsi üçün Azərbaycan dövləti hər iki dövlət arasında nizamlanma prosesinə ciddi töhfələr verə bilər. İndi İsrailn Baş naziri Benyamin Netenyahunun Azərbaycan səfirə gələrkən Türkiyə səmasından icazənin verilməsi sadalanan məsələlərin əsas həlqəsidir. 2024-cü ilin noyabrında təyyarənin hava məkanına daxil olmasına icazənin verilməməsi ola bilər təhlükəsizlik məsələləri iləbağlı olub. Yaxud siyasi gərginliklə də bağlı ola bilərdi. Ancaq indiki vəziyyətdə Azərbaycana olan inam və etimad onu göstərir ki, bu dövlətlər arasında istər diplomatik, istərsə qonşuluq münasibətlərinin qurulmasında da Azərbaycan dövləti əsas vasitəçilik missiyasını uğurla həyata keçirəcək”.

Vidadi ORDAHALLI

Избранный
0
baki-xeber.com

1Источники