RU

Modriç və Vaskes müqaviləsini yeniləyəcək – 2 həftəlik

Luka Modriç “Real”la qısamüddətli yeni müqavilə imzalayacaq.

Msport.az xəbər verir ki, Madrid klubu 39 yaşlı yarımmüdafiəçi ilə müqaviləni iki həftəlik – 13 iyul tarixinə qədər uzatmaq niyyətindədir.

Eyni vəziyyət Lukas Vaskes üçün də keçərlidir. Bu addım komandanın klublararasə dünya çempionatında iştirakı ilə əlaqədardır. Turnirin finalı məhz həmin günə təyin olunub. FIFA müqavilələri iyunun sonunadək qüvvədə olan futbolçularla iştirakçı klublara qısamüddətli uzadılma barədə razılığa gəlməyi tövsiyə edib.

Bununla yanaşı, növbəti mövsüm üçün yeni sözləşmələrin bağlanması sual altındadır. Modriçin komandada qalmaq şansı var, lakin bu, onun maaşının azaldılmasına və ikinci dərəcəli rol qəbul etməsinə razı olması şərtilə mümkündür.

Избранный
0
msport.az

1Источники