RU

Xocalı rayonunda hərbi sursatın partlaması hadisəsi baş verib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, BaşProkurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) MətbuatXidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Xocalı rayonununXanyurd kəndi ərazisində 2025-ci il 2 may tarixində hərbi sursatınpartlaması hadisəsi baş verib.
Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü MəmmədovAqşin Arif oğlu əlində əl qumbarasının partladıcı mexanizmininpartlaması nəticəsində sağ əlindən xəsarət alıb. Hadisə nəticəsindəzərərçəkənin 3 barmağı amputasiya olunub.
Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırmaaparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşlarıtəhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalaratoxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələriningöstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərədaxil olmamağa çağırır!

Избранный
0
az.trend.az

1Источники