RU

Rusiya terrorçularla mübarizədə “Taliban”a kömək edəcək

Rusiya “Taliban” hərəkatına “Vilayət Xorasan” qruplaşmasının terrorçularına qarşı mübarizədə kömək edəcək.

Herbiand.az bildirir ki, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov RİA Novosti-yə müsahibəsində bildirib.

“Biz Talibanın ultra-radikal “qlobal cihad” ideologiyasını qəbul edən “Vilayət Xorasan” ilə mübarizədə göstərdiyi səyləri görür və yüksək qiymətləndiririk. Bu qrup Rusiya və Əfqanıstan üçün ortaq düşməndir və biz ixtisaslaşmış strukturlar vasitəsilə bu ölkənin hakimiyyət orqanlarına hər cür yardım göstərəcəyik”, - Kabulov bildirib.

O əlavə edib ki, Ali Məhkəmənin “Taliban” hərəkatına qoyulan qadağanı dayandırmaq qərarı nəhayət, ölkələr arasında tammiqyaslı əməkdaşlığa bütün maneələri aradan qaldırır. Bu məsələ ilə bağlı yekun fikri Əfqanıstan səfirinin Moskvaya səfəri zamanı söyləmək lazımdır.

Bəxtiyar CƏFƏRLİ

Избранный
0
1
herbiand.az

2Источники