"Liverpul"un hücumçusu Darvin Nunyesin yayda komandanı tərk edəcəyi gözlənilir.
Offsideplus.az xəbər verir ki, uruqvaylı futbolçu ilə Səudiyyə Ərəbistan klubları yaxından maraqlanır. "Atletiko" və "Milan" da onun vəziyyətini yaxından izləyir.
Bu barədə "The Athletic" məlumat yayıb.
Nunyes 2022-ci ildən "Liverpul"da çıxış edir. O, cari mövsüm 43 oyunda 7 qol vurub və 7 məhsuldar ötürmə edib.