Energetika naziri Pərviz Şahbazov İstanbulda Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja ilə görüşüb.
Nazir bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
Bildirilir ki, görüşdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafı, qaz tədarükü və enerji əməkdaşlığının gündəliyində olan digər məsələlərlə bağlı müzakirələr aparılıb.