RU

Amerikalı boksçunun Dünya çempionu titulu əlindən alındı

Amerikalı boksçu Sebastyan Fundora Ümumdünya Boks Təşkilatı (WBO) versiyası üzrə birinci yarımorta çəki dərəcəsində dünya çempionu titulunu itirib.

Bu barədə WBO-nun prezidenti Qustavo Olivieri sosial şəbəkədə yazıb.

O qeyd edib ki, WBO Çempionluq Komitəsi yekdilliklə Fundoranın tituld­­an məhrum edilməsi barədə səs verib. Qərar dərhal qüvvəyə minib və titul hazırda vakantdır.

Xatırladaq ki, Fundora bu titulu 2024-cü il martın 31-də məşhur boksçu Kosti Tsyunun oğlu Tim Tsyuya qarşı hakimlərin mübahisəli qərarı ilə qalib gələrək qazanmışdı. 2025-ci ilin martında isə o, həmyerlisi Kordel Bukeri 4-cü raundda nokauta salaraq ilk dəfə titulu uğurla müdafiə etmişdi.

Hazırda 27 yaşlı Fundoranın peşəkar karyerasında 22 qələbə, 1 məğlubiyyət və 1 heç-heçə var. O, WBO titulunu itirsə də, hələ də WBC versiyası üzrə dünya çempionu tituluna sahibdir. Yayda isə onun Tim Tsyu ilə revanş döyüşünə çıxması gözlənilir.

Избранный
0
far.az

1Источники