Elektrikli avtomobil istehsalçısı Tesla, CEO Elon Musk-ın işdən çıxarılacağı ilə bağlı iddiaları qəti şəkildə rədd etdi.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Şirkətin baş icraçı direktoru Robyn Denholm Wall Street Journal-ın hesabatını "tamamilə yalan" adlandırıb.
Amerikanın CNBC kanalının məlumatına görə, sözügedən xəbərdə Tesla rəhbərliyinin Maskın yerinə gələcək adı müəyyən etmək üçün bəzi icraçı işə götürmə firmaları ilə əlaqə saxladığı iddia edilib. Xəbərdən sonra Tesla səhmləri Robinhood platformasında bir gecəlik ticarətdə 3 faizə qədər itirib, lakin o vaxtdan etibarən bərpa olunub.
Robyn Denholm X sosial media platformasında açıqlama verib: "Bu gün səhər saatlarında Tesla İdarə Heyətinin yeni CEO axtarışına başladığı barədə həqiqətə uyğun olmayan xəbər dərc edilib. Bu, tamamilə əsassızdır və xəbər dərc edilməmişdən əvvəl müvafiq mətbuat orqanına məlumat verilib".