"Real" yay "transfer pəncərəsi"ndə qapıçı dəyişikliyi edə bilər.

Offsideplus.az xəbər verir ki, "kral klubu" Andrey Lunin komandadan ayrılsa, onun yerinə Kepa Arrizabalaqanı gətirməyi planlaşdırır.

Bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Kepa 2023/24 mövsümündə "Real"da çıxış edib. O, hazırda "Bornmut"un formasını geyinir. 

30 yaşlı qapıçı müqavilə ilə "Çelsi"yə məxsusdur.