RU

“Potok” əməliyyatından sonra xəstəxanaya yerləşdirilən Rusiya döyüşçüləri xidmətə qayıdır - General-leytenant

Kursk vilayətində keçirilən “Potok” əməliyyatının iştirakçıları tədricən sağalaraq döyüş tapşırıqlarını yerinə yetirməyə qayıdırlar.

Herbiand.az bildirir ki, bu barədə “Axmat” xüsusi təyinatlılarının komandanı, general-leytenant Apti Alaudinov məlumat verib.

Onun sözlərinə görə, bəzi rusiyalı döyüşçülər hələ də müalicə alırlar, lakin əksəriyyəti artıq özlərini daha yaxşı hiss edir: “Deyim ki, onların səhhəti artıq xeyli yaxşılaşıb. Bəziləri artıq yavaş-yavaş sıraya qayıdırlar... Bunlar çox layiqli uşaqlar, qəhrəman vətənpərvərlərdir və düşünürəm ki, düşməni məhv etmək və irəliləmək baxımından tezliklə bizə nəticə göstərəcəklər”.

Alaudinov bir müddət əvvəl məlumat vermişdi ki, Kursk vilayətinin Sudja şəhərinin azad edilməsində iştirak edən “Axmat” xüsusi təyinatlılarının səhhətlərində problemlər yaranıb və buna görə də müalicə almalıdırlar. Çünki onlar əməliyyat zamanı uzun müddət qaz borusunun içində qalmalı olublar.

Bəxtiyar CƏFƏRLİ

Избранный
0
herbiand.az

1Источники