TikTok platformasında milyonlarla istifadəçi aktivdir və bu sosial şəbəkə dünyada ən populyar platformalardan biridir. İstifadəçilər arasında populyarlaşan trendlər, musiqilər və rəqslər bu platformada sürətlə yayılır.
Redaksiya məlumat verir ki, “Social Blade” saytının məlumatlarına əsasən, TikTok-da ən çox izləyicisi olan hesabların siyahısı açıqlanıb.
Birinci yerdə, mimikaları ilə məşhur olan Xabi Lame qərarlaşıb. Onun hesabında əsasən mürəkkəb həyat “layfhek”lərinə dair duetlər və montajlar yer alır.
İkinci yerdə isə, rəqs videoları ilə məşhurlaşan Çarli D’Amelio qərarlaşıb. Pandemiya dövründə məşhurlaşan Çarli, platformanın ən çox izlənən yaradıcılarından biri olaraq hələ də populyarlığını qoruyur.
Üçüncü yerdə isə, MrBeast qərarlaşıb. O, həm də YouTube-da ən çox abunəçisi olan hesablar siyahısındadır. MrBeast-in videoları əsasən maraqlı yarışlar və böyük hədiyyələrdən ibarətdir.
Siyahıda dördüncü yeri Bella Poarch tutur. Onun “M to the B” mahnısına etdiyi dodaq sinxronizasiyası videosu 2020-ci ildə platformanın ən çox bəyənilən videosu olmuşdu.
Beşinci yerdə TikTok-un öz hesabı qərarlaşıb. Bu hesabda məşhurlarla müsahibələr, məsləhətlər və CEO-nun yenilikləri paylaşılır.
Altıncı yerdə Addison Rae, yeddinci yerdə isə Kimberly Loaiza qərarlaşıb.
Səkkizinci yerdə sehrbazlıq videoları ilə tanınan Zak Kinq, doqquzuncu yerdə isə “The Rock” kimi tanınan Dveyn Conson qərarlaşıb.
Onuncu yerdə isə, Uill Smit yer alıb.
Bu hesablar, TikTok platformasında geniş auditoriyaya malik olmaqla, müxtəlif mövzularda maraqlı məzmunlar təqdim edir və istifadəçilər arasında böyük maraq doğurur.
Fərid Əlizadə