RU

Tramp administrasiyası iki media təşkilatının maliyyəsini kəsir

ABŞ Prezidenti Donald Tramp Milli İctimai Radio (NPR) və İctimai Yayım Xidməti (PBS) media qurumlarına "qərəzli" olduqlarını əsas gətirərək federal maliyyələşdirməni kəsən sərəncam imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Ağ Ev Trampın media fondları ilə bağlı imzaladığı sərəncamla bağlı açıqlama verib.

NPR və PBS hər il İctimai Yayım Korporasiyasından (CPB) milyonlarla dollar alır və qərəzli olmaqda ittiham olunan bu təşkilatların federal maliyyələşdirilməsi qanunun icazə verdiyi maksimum dərəcədə dayandırılıb.

Bəyanatda deyilir ki, bütün federal qurumlar birbaşa və ya dolayısı ilə NPR və PBS-nin maliyyələşdirilməsini dayandırmağa və mövcud müqavilələri nəzərdən keçirməyə yönəldilib.

Избранный
0
1
operativmm.az

4Источники