RU

Azərbaycanda adambaşına düşən nominal gəlir 678 manat artıb

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsi və Mərkəzi Bankın rəsmi məlumatları əsasında apardığı təhlilə görə, son dörd il ərzində Azərbaycanda əhalinin nominal gəlirləri üzrə artım dinamikası davam edib.

Sitat.info xəbər verir ki, bununla bağlı “Təhlil.az” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, 2021-ci ilin I rübündə əhalinin nominal gəlirlərinin həcmi 13,5 milyard manat idisə, son 4 ildə bu göstərici 53,8% və ya 7,2 milyard manat artıb. 2025-ci ilin yanvar-mart aylarında isə ölkə əhalisinin nominal gəlirləri 20,7 milyard manat təşkil edib və bu da 2024-cü ilin eyni dövrünə nisbətən 6,6 faiz və ya 1,3 milyard manat çox deməkdir.

Məlumat üçün bildirək ki, əhalinin nominal gəlirləri dedikdə, əhalinin müəyyən dövr ərzində əldə etdiyi bütün pul gəlirlərinin (əməkhaqqı, pensiya, müavinət, sahibkarlıq gəlirləri və s.) ümumi məbləği nəzərdə tutulur. Bu göstərici gəlirlərin faktiki miqdarını əks etdirir və inflyasiya nəzərə alınmadan hesablanır.

Избранный
0
6
sitat.info

9Источники