Cənab İlham Əliyevin bu günlərdə Çin Xalq Respublikasına dövlət səfəri dövlətimizin yürütdüyü düşünülmüş və mükəmməl xarici siyasət kursunun beynəlxalq münasibətlər sistemində yeni bir ifadəsi idi. Hər iki dövləti sağlam dostluq, qarşılıqlıq, etimad, çoxsahəli tərəfdaşlıq münasibətləri birləşdirir və bu, ölkələrin, xalqların milli mənafelərinə uyğundur.
Çinə bu dəfəki səfər aktuallığı ilə seçilir və dünyanın ən inkişaf etmiş ölkələrindən biri ilə, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın” əhəmiyyətini daha artırır. Səfər zamanı imzalanan mühüm sənədlər iki dövlət arasında əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradır, siyasi–iqtisadi gündəliyi daha da zənginləşdirir.
Çin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsü ikitərəfli münasibətlərin genişləndirilməsinə, dərinləşməsinə yeni imkanlar yaratmaqla bərabər, potensialların reallaşdırılmasına əsas verir. Çinə vizasız rejimin tətbiqi, bərpa olunan enerji istiqamətində əməkdaşlığın genişləndirilməsi, təhsil sahəsində həyata keçirilən tədbirlər, ticarət dövriyyəsinin yüksək səviyyəyə çatması, nəqliyyatın inkişafı, tranzit daşımalarının yüksəlməsi, iqtisadiyyat, mədəniyyət, turizm, ekologiya və digər sahələrdə, əldə olunan nəticələr və perspektivlər göstərir ki, iki dövlət inkişaf və sağlam əməkdaşlıq yolundadır və bu yol yeni uğurlar qazandıracaqdır. Səfər zamanı 20-dən çox mühüm sənədin imzalanması bunu deməyə imkan verir və bu səfər Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasının bir göstəricisidir
Fərid