Aprelin 30-da Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasının səhnəsində Azərbaycanın Xalq artisti Eyyub Yaqubov “Yalnız mədəniyyət” adlı musiqili-bədii proqram ilə çıxış edib.
Tədbirdə Eyyub Yaqubov və ifaçının sənət dostları musiqinin sehri, mahnıların ahəngi və şeirlərin dərinliyinin bir araya gəldiyi maraqlı bir təqdimatla tamaşaçıların qarşısına çıxıblar.












