Ermənistan Dövlət Gəlirlər Komitəsinin (DGK) məmuru xüsusilə böyük məbləğdə rüşvət almaqda şübhəli bilinərək cinayət işi çərçivəsində saxlanılıb...
“Report” xəbər verir ki, bu barədə “Sputnik-Armeniya”ya Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.
Qurumun məlumatına görə, iş üzrə iki vətəndaş saxlanılıb. Onlardan biri DGK-nın vergi yoxlamaları üzrə müfəttişidir. İddia olunur ki, o, yoxlama zamanı aşkar edilmiş pozuntunu gizlətmək üçün 4 milyon dram (təxminən 10 min dollar) məbləğində rüşvət alıb.
Poliqon.info