Azərbaycan həm MDB, həm də türk dövlətləri arasında yol qəzalarında ölüm və xəsarət alanların sayına görə ikinci yerdədir.
“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müatəviisndə” adlı paneldə deyib.