Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 228 kiloqram 925 qram narkоtik vasitə, 14965 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.
Məlumata görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 793 min 692 manat оlan qaçaqmal, о cümlədən dron, patron, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.