RU

Bu banklararası, rəqabətin güclənməsinə səbəb olacaq - İqtisadçı

Natiq Cəfərli: Kiçik və orta banklar daha çox müştəri cəlb etmək istəyirlərsə, müxtəlif təkliflərlə çıxış etməlidirlər

Azərbaycan Mərkəzi Bankı (AMB) əmək haqqı və sosial ödəmə kartları ilə bağlı sərbəst bank seçimi məsələsinə aydınlıq gətirib.
Axar.az xəbər verir ki, AMB-dən APA-ya verilən açıqlamada ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrasının həyata keçirildiyi bildirilib.
Vurğulanıb ki, hazırda təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə vəsaitlərin alınması üzrə sərbəst bank seçimi imkanının yaradılması məqsədilə hazırda Mərkəzi Bank tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə görülməli işlər barədə aktiv müzakirələr aparır:

"Qeyd olunan modelin əsas üstünlüyü təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə onlara xidmət göstərən bankı müstəqil seçmək imkanını təqdim etmək, habelə müştəri bazasının formalaşdırılması üzrə banklar arasında rəqabətliliyin artırılmasına dəstək göstərməkdir".

Məsələni dəyərləndirən iqtisadçı ekspert, Natiq Cəfərli Sherg.az-a açıqlamasında bildirib ki, bu, uzun müddətdir ki, müzakirə olunan məsələlərdən biridir:

“Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda insanlar əmək haqqı, təqaüd və yaxud da hesablarını istədikləri banka daşıya bilmirdilər. Yəni müəyyən, texniki problemlər yaşanırdı. Bundan sonra bu banklararası, rəqabətin güclənməsinə səbəb olacaq. Çünki bank kartlarının əmək haqqı və təqaüd hesablarının daha böyük bir hissəsi iki bankda cəmlənmişdi. İndi bütün bankların belə bir imkanı olacaq. Bu, həmin banklarda banklar üçün rəqabətli mühitin yaranmasında əhəmiyyətli bir məsələyə çevrilə bilər. Amma kiçik və orta banklar daha çox müştəri cəlb etmək istəyirlərsə, müxtəlif təkliflərlə çıxış etməlidirlər. Yəni hesabını, bank hesabını, əmək haqqı və təqaüd hesabını hansısa, banka keçirən olarsa, müəyyən təşviqlər də qazanmalıdır. Banklar müxtəlif təkliflərlə çıxış edərək insanları maraqlandırmalıdır. Mənə elə gəlir ki, bu baş versə, həm ölkə daxilində rəqabətli mühitin artmasına səbəb ola bilər, həm də vətəndaşlar üçün də daha yaxşı şərtlərlə öz əmək haqqı və təqaüd hesablarını digər banklara daşımaq imkanı və fürsəti yaranacaq”.
Избранный
0
sherg.az

1Источники